Əliyar Ağayevin idarə etdiyi oyunda ilkə imza atılıb

Əliyar Ağayevin idarə etdiyi oyunda ilkə imza atılıb

Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Vitoriya Gimaraynş” - "Zalsburq" görüşündə bir ilk yaşanıb. SİA-nın məlumatına görə, Portuqaliya klubunda start heyətdə meydana bircə avropalı futbolçu da çıxmayıb. Əsas heyətdə 4 braziliyalı, 2 kolumbiyalı, fildişi sahilli, perulu, qanalı, venesuelalı və uruqvaylı futbolçu yer alıb. Bu da avrokuboklar tarixində ilk belə hadisə olub.

"Vitoriya Gimaraynş"dan ikinci hissədə cəmi bir avropalı futbolçu Kiku Rodriqes meydanda çıxıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan bu oyunu azərbaycanlı hakimlər briqadası idarə edib. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə