DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Bert van Marveyk istefaya göndərilib. SİA-nın məlumatına görə, yeni baş məşqçi vəziəsinə Argentina yığmasının sabiq çalışdırıcısı Edqardo Bausa təyin edilib.
2015-ci ildən yığmaya rəhbərlik edən B.V.Marveykə 1.3 milyon avro məbləğində təzminat ödəniləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı sentyabrın 5-də seçmə qrup mərhələsində Yaponiyanı 1:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB