UEFA “Spartak” klubuna qarşı araşdırma başladıb

UEFA “Spartak” klubuna qarşı araşdırma başladıb

UEFA Rusiyanın “Spartak” (Moskva) klubuna qarşı araşdırma başladıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasının ilk oyunları çərçivəsində keçirilən “Maribor” – “Spartak” (Moskva) matçında rus azarkeşlər məşəl yandırdıqlarına və hakimə tərəf yanan maddələr atdıqlarına görə UEFA bu qərara gəlib. Araşdırmanınnəticəsi sentyabrın 21-də elan ediləcək.

Xatırladaq ki, Sloveniyada keçirilən “Maribor” – “Spartak” matçı 1-1 hesabı ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə