Birinci divizionda 10 komanda iştirak edəcək

Birinci divizionda 10 komanda iştirak edəcək

Xəbər veridyimiz kimi, sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

SİA-nın məlumatına görə, hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da I divizionda iştirakına icazə verilib.

Onu da qeyd edək ki, I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası” nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə