UEFA “Spartak”a cəza "yağdıracaq"

UEFA “Spartak”a cəza "yağdıracaq"

UEFA Rusiyanın “Spartak” (Moskva) klubu ilə bağlı araşdırmaya başlayıb. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, buna Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Maribor” – “Spartak” oyununda klubun rus azarkeşlərinin məşəl yandırması və hakimə tərəf yandırıcı maddələr atması səbəb olub.

Yekun nəticənin sentyabrın 21-i açıqlanacağı bildirilib. Qeyd edək ki, , “Maribor” – “Spartak” görüşü 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə