Maradona məhkəmədə bəraət alıb

Maradona məhkəmədə bəraət alıb

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın təhqirəmiz ifadələr işlətdiyi iddiaları ilə məhkəmə prosesi keçirilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maradona 2012-ci ildə İtaliyada vergi idarəsi “Equitalia” haqqında sərf etdiyi sözlərə görə məhkəməyə verilmişdi. Dünən baş tutan prosesdə hakimlər Maradonanın təhqirə yol vermədiyinə qərar verib. Eyni maddə ilə ittiham edilən Maradonanın vəkili Anqelo Pisani də bəraət alıb.

Qeyd edək ki, “Equitalia”nın keçmiş futbolçunun 1984-1991-ci illərdə “Napoli”də oynayarkən vergidən yayındığını iddia etməsindən sonra tərəflər arasında gərginlik yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə