Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Səbail rayonu 91 saylı məktəbin meydançasında 1995-97-ci il təvəllüdlü yeniyetmələr arasında stritbol üzrə turnir keçirilib. Təşkilatçı qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda 70 nəfər yeniyetmənin iştirakı ilə 12 komanda gərgin oyun nümayiş etdirib.Turnirdə I yerə "Qarabağ", II yerə "Bakı", III yerə "Neftçi" komandası layiq görülüb. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB