“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 sentyabr 2017-ci il tarixdə Tovuz rayonunda keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayonundan seçilmiş millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Qovlar şəhər bələdiyyəsinin sədri Binnət Hüseynov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış ediblər. Çıxış edənlər ilk növbədə “Qarabağ” Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar əldə olunan tarixi qələbənin əhəmiyyətini qeyd ediblər və komandaya qarşıdakı qrup oyunlarında uğurlar diləyiblər. Vurğulayıb ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcək. Qeyd edilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Daha sonra qeyd olunub ki, ölkə idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və Azərbaycan hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB