Mövsümün ilk "El Klassiko"su nə zaman keçiriləcək?

Mövsümün ilk "El Klassiko"su nə zaman keçiriləcək?

İspaniya Primerasının 17-ci turunda baş tutacaq "Real Madrid" - "Barselona" matçının yeni tarixi açıqlanıb. SİA-nın məlumatına görə, oyun dekabrın 23-ü, yerli vaxtla saat 13:00-da keçiriləcək.

Təqvimdə mövsümün ilk "El Klassiko" dekabrın 20-ə planlaşdırılmışdı. Amma "Real" 6-16 dekabr tarixlərində BƏƏ-də təşkil olunacaq Klublararası Dünya çempionatında qüvvəsini sınayacağından La Liqa "Barselona" ilə prinsipial oyunun vaxtını dəyişdirməyə razılıq verib. Tərəflər arasında baş tutan İspaniya Superkuboku matçlarında "Real" rəqibini 3:1 və 2:0 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə