Səlahət Ağayev: "Nə qədər uduzmaq olar?!" AÇIQLAMA

Səlahət Ağayev: "Nə qədər uduzmaq olar?!" AÇIQLAMA

"Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra oyun barədə fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, təcrübəli qolkiper "Neftçi"də özünü xoşbəxt hiss etmədyini deyib: "Birinci hissəyə yaxşı başlamadıq. İkinci yarıda uşaqlar özlərini toparladılar. Bir sözlə, bəxtimiz gətirmədi. Komandada hər bir oyunçu peşəkardır və istəyirdi ki, önə atılsın. Baş məşqçinin də ikinci hissədəki əvəzləmələri öz bəhrəsini verdi, komanda daha da irəli atılırdı. Ancaq qol vura bilmədik. Komandanın üzərini, necə deyərlər, "qara bulud" alıb. Mən "Neftçi"yə gələndən, futbolçu kimi özümü xoşbəxt saya bilmirəm. Nə qədər uduzmaq olar?! Nə qədər belə bəsit oynamaq olar? Çox acınacaqlı vəziyyətlərə düşmüşük. Hər oyuna yeni ümidlə çıxırıq... Əlimizdən gələni edib bu vəziyyətdən çıxmalıyıq. Başqa yol yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə