Pavel Paşayevin komandası məğlub olub

Pavel Paşayevin komandası məğlub olub

Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan P.Paşayev sonadək oynayıb.

Qeyd edək ki, "Aleksandriya" 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə