"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim". Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov dünən komandasının Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyətindən sonra deyib.
O, bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Uşaqların elə səhvə yol verəcəklərini təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".
-Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?
- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.
- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətiriləcək. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?
- Özi işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.
- Emin Mahmudovun "Neftçi"yə keçəcəyi deyilir...
- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.
- Yeni gələn baş məşqçiyə "Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?
- Çox vaxt lazımdır. Lap çox...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB