“Real”ın braziliyalı müdafiəçisi Marselo ağır cəzaya məruz qala bilər. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi İspaniya çempionatının 3-cü turunda “Levante” ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alıb. O, rəqib futbolçu Cefferson Lermunun sinəsinə təpiklə zərbə vurduğu üçün meydandan qovulub.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, Marselonu 4 oyunluq cəza gözləyir. Qeyd edək ki, “Levante” ilə oyunda diz bağları qırılan Karim Benzema da görüşü yarımçıq tərk etmişdi. O da komandasına 4-6 həftə kömək edə bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB