Milli komandamızın qapıçısı Kamran Ağayevin klubu olan “Mlada Boleslav” bu gün Çexiya çempionatnda 6-cı turun oyununa çıxıb. Qol.az-ın xəbərinə görə, onun komandası “Zbrojovka Brno”nu qəbul edir. Bakı vaxtı ilə saat 17.00-da başlanan matçda K.Ağayev ehtiyat oyunçular sırasında yer alıb.
Qeyd edək ki, 5-ci turda “Slaviya” (Praqa) ilə səfər matçında (0:4) K.Ağayev rəsmi debüt etmişdi. Bu oyunda əsas heyətdə meydana çıxan millimizin futbolçusu uğursuz oyunu ilə diqqət çəkmiş, hətta üçüncü qol onun adına yazılmışdı.
Əlavə edək ki, 5 oyundan cəmi 1 xalı olan “Mlada Boleslav” 16 komanda arasında 15-ci yeri tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB