Dmitri Nazarovun klubunda baş məşqçi dəyişikliyi olub

Dmitri Nazarovun klubunda baş məşqçi dəyişikliyi olub

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erçqebirbe Aue" klubunda baş məşqçi dəyişikliyi olub. SİA-nın məlumatına görə, bundan sonra ikinci Bundesliqa təmsilçisini Hannes Dryus çalışdıracaq. 35 yaşlı mütəxəssislə 2019-cu ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə Tomas Letşi əvəzləyib.

Qeyd edək ki, "Erçqebirbe Aue" 4 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə