Yeniyetmə qadın güləşçilərimiz DÇ-ni 2 medalla başa vurublar

Yeniyetmə qadın güləşçilərimiz DÇ-ni 2 medalla başa vurublar

Yunanıstanın paytaxtı Afinada təşkil olunan güləş üzrə yeniyetmələrin dünya çempionatında qadınların mübarizəsi başa çatıb. SİA xəbər verir ki, güləşçilərimiz çempionatı 1 qızıl və 1 bürünc medalla başa vurublar.

Böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərlik etdiyi komandanın üzvlərindən Şahanə Nəzərova (38 kq) qızıl və Ayşən Yusifova (40 kq) bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə