“Səbail” “Binə”ni məğlub edib

“Səbail” “Binə”ni məğlub edib

“Səbail” “Dalğa Arena”nın köməkçi meydançasında bu il I Divizionda çıxış edəcəyi gözlənilən “Binə” komandası ilə yoldaşlıq oyunu keçirib.

SİA xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə “Səbail”in xeyrinə başa çatıb. Vüqar Nadirovun dubl etdiyi oyunda, hərəyə bir dəfə Renan Telles və Elman Taqayev fərqlənib.

Qeyd edək ki, "Səbail" Premyer Liqanın 4-cü turunda "Qarabağ"la qarşılaşmalı olsa, da ağdamlıların Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə bu matç təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə