Kikboksçularımız dünya çempionatında 7 medal qazanıblar

Belqradda WAKO-nun (Ümumdünya Kikboksçu Təşkilatları Assosiasiyası) versiyası ilə yeniyetmələr arasında 8-ci, kadetlər arasında 4-cü dünya çempionatı başa çatıb.

SİA-nın məlumatına görə, Azərbaycan kikboksçuları yarışlarda 7 medal, o cümlədən 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Camal Məmmədov ( 51 kq, lou-kik), Əfqan Rəhmanlı (51 kq, K-1), Əli Səfərli (57 kq, lou-kik) və Ramin Həsənov (63 kq, layt-kontakt) Vətənə qızıl medalla, Rəvan Şəbiyev (51 kq, K-1) gümüş, Ruslan Musayev (42 kq, layt-kontakt) və Fərid Ağamoğlanov isə (51 kq, full-kontakt) bürünc medallarla qayıdıblar.

Qeyd edək ki, Belqrad çempionatında Azərbaycanı 28 idmançı təmsil edib.

Dünya çempionatında 50 ölkədən ümumən 1500 idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə