Koutinyo "Mançester Siti" ilə oyunu buraxacaq

Koutinyo "Mançester Siti" ilə oyunu buraxacaq

"Liverpul"un futbolçusu Filipp Koutinyo İngiltərə Premyer Liqasının 4-cü turunda "Mançester Siti" ilə oyunu buraxacaq. Klubun rəsmi "Tvitter" səhifəsində yer alan xəbərə görə, braziliyalı yarımmüdafiəçinin adı sözügedən qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Kürəyindəki ağrılar səbəbindən F.Koutinyo bu matçda oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə