Azərbaycan şahmatçıları Hindistan və Türkiyə yığmasına qalib gəlib
Azərbaycanın kişilərdən ibarət komandası sentyabrın 27-də Xantı-Mansıda keçirilən şahmat üzrə dünya olimpiadasının altıncı turunda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib.
SİA-nın məlumatına görə, oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: Şəhriyar Məmmədyarov–Krişnan Saşikiran 1:0, Teymur Rəcəbov–Pentala Xarikrişna 0,5:0,5, Rauf Məmmədov-Qanquli Suriya Şexar 1:0, Qədir Hüseynov–Baskaran Adxiban 0,5:0,5. Ölkəmizin qadınlardan ibarət yığması da Türkiyə şahmatçılarını eyni hesabla (3:1) məğlubiyyətə uğradıb.
Qadınların yarışları belə yekunlaşıb: Zeynəb Məmmədyarova–Cemre Yıldız 1:0, Türkan Məmmədyarova–Kebra Öztürk 1:0, Nərgiz Umudova-Emel Kaya 0,5:0,5, Xəyalə İsgəndərova-Bercü Səsmazel 0,5:0,5.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB