Reynaldo Silva klubsuz qalıb

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb. Türkiyə mətbuatı yazır ki, braziliyalı hücumçu ötən mövsüm çıxış etdiyi Türkiyənin “Adanaspor” klubundan göndərilib. 28 yaşlı futbolçunun xroniki zədəsinin olduğu üçün klubun bu addımı atdığı yazılıb.

Qeyd edək ki, 2013-2016-cı illərdə “Qarabağ"da çıxış edən Reynaldo Ağdam klubunda 3 dəfə çempionluq, iki dəfə isə kubok sevinci yaşayıb. Vurduğu qollarla "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan "sambaçı" bu ilin yanvarından çıxış etdiyi Adana təmsilçisində bir dəfə də rəqib qapılarına yol tapa bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə