“Trabzonspor” “Milan”ın futbolçusu Xose Sosa ilə razılığa gəlib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilir ki, 32 yaşlı yarımmüdafiəçinin keçidi tezliklə rəsmən açıqlanacaq.
Bir neçə gün öncə “Milan”ın idman direktoru Massimiliano Mirabelli İtaliya mətbuatına açıqlamasında Sosanın keçidi ilə bağlı “Trabzonspor”la hərtərəfli razılığa gəldiklərini, geriyə yalnız futbolçunun özünün razılığının qaldığını bildirmişdi.
Qeyd edək ki, Sosa ötən mövsümdə “Milan”da 19 oyunda şans qazanmışdı. O, cari mövsümdə heç bir oyunda meydana çıxmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB