Argentinalı futbolçu Esteban Kambyasso karyerasını başa vurub. SİA-nın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi son iki mövsümdə formasını geyindiyi Yunanıstan “Olimpiakos”u ilə müqaviləsini uzatmamağa qərar verib.
UEFA-nın təşkil etdiyi məşqçi kurslarına qatılan argentinalı karyerasını bu istiqamətdə davam etdirəcək.
Qeyd edək ki, Argentina millisinin heyətində 52 oyuna 5 qol vuran Esteban Kambyasso karyerası ərzində vətənində “İndependyente”, “River Pleyt”, İspaniyanın “Real Madird”, İtaliyanın “İnter” və İngiltərənin “Lester” klublarında çıxış edib. O, Argentina, İspaniya və İtaliyada ölkə çempionu olub, “İnter”lə Çempionlar Liqasının qalibi adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB