“Qalatasaray” Arda Turanı icarəyə götürüb

“Qalatasaray” Arda Turanı icarəyə götürüb

“Qalatasaray” “Barselona”nın futbolçusu Arda Turanı icarəyə götürüb. SİA-nın məlumatına görə, bu barədə Kataloniyanın RAC 1 radiosu məlumat verib. Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.

Daha əvvəl "Barselona"nın baş məşqçisi Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan A. Turanın xidmətində maraqlı olmadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə