Millimizin üzvü "Kayserispor"da

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" transfer fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, Super Liqa təmsilçisi "Ştutqart"ın əvəzedici heyətində çıxış edən Serkan Baloğlunu heyətinə qatıb. 19 yaşlı müdafəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serkan U-21 millimizin üzvüdür. O, ötən mövsüm "Ştutqart"ın əvəzedici heyətində 4-cü liqada cəmi 12 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə