"Səbail" "Binə" ilə yoldaşlıq oyunu keçirəcək

"Səbail" "Binə" ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"la oyunu təxirə salınan "Səbail" yoldaşlıq görüşü keçirəcək. SİA-nın məlumatına görə, paytaxt klubu I Divizionda oynacağı gözlənilən "Binə" ilə qarşılaşacaq. Oyun sabah "Dalğa Arena"da baş tutacaq.

Matçın start fiti saat 18:00-da səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə