Frank Riberi: "Pul mənim üçün birinci sırada dayanmır" AÇIQLAMA

Frank Riberi: "Pul mənim üçün birinci sırada dayanmır" AÇIQLAMA

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi hazırkı klubunu puldan üstün tutduğunu bəyan edib. SİA-nın məlumatına görə, fransız futbolçu Çin və Qətərdən sərfəli təkliflər aldığını bildirib: “Klubumu dəyişə bilərdim. Çin və Qətərdən sərfəli təkliflər var idi. Amma hazırda özümü yaxşı hiss edirəm və “Bavariya”dan getmək barədə düşünmürəm. Pul məni motivasiya etmir.
Aydın məsələdir ki, yaxşı yaşamaq üçün maddiyatın böyük rolu var. Amma pul mənim üçün birinci sırada dayanmır. Pula görə heç vaxt klubumu dəyişmərəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə