UEFA “Qarabağ”ın (U-19) iştirak ərizəsində düzəliş edib

UEFA “Qarabağ”ın (U-19) iştirak ərizəsində düzəliş edib

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində düzəliş edib. SİA-nın məlumatına görə, qrumun rəsmi saytı əvvəlcə komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi.

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

Qitənin ali futbol qrumu artıq səhvini aradan qaldırıb və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə