Özbəkistan Futbol Federasiyası millinin baş məşqçisi Samvel Babayanı qovub. SİA-nın xəbərinə görə, bu barədə məlumatı federasiyanın saytı yayıb.
Məlumatda erməni məşqçinin Özbəkistan millisini DÇ-2018-ə çıxarmaq vəzifəsinin öhdəsindən gəlmədiyinə görə köməkçiləri ilə birgə istefaya göndərildiyi qeyd edilib.
Xatırladaq ki, Özbəkistan millisi DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının A qrupunda mübarizə aparıb. Özbəklər İran, Cənubi Koreya, Suriya, Çin və Qətərin yer aldığı qrupu 4-cü pillədə başa vuraraq, DÇ-dən kənarda qalıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB