"Mançester Siti" Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır

"Mançester Siti" Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır

"Mançester Siti" İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebası məhkəməyə verməyə hazırlaşır. SİA-nın məlumatına görə, buna səbəb PFL rəhbərinin "Mançester Siti" haqda səsləndirdiyi fikirlərdir.

Tebas İngiltərə klubunu maliyyə feir-pleyinə əməl etəməməkdə günahlandırararaq klubun ünvanınna sərt ittihamlar səsləndirmişdi. Belə ki, o "Mançester Siti" və PSJ-nin futboldan kənar gəlirlərlə transferlər etdiyini və bunun dayandırılmasının vacibliyini bildirmişdi.

Premyer Liqa klubunun yaydığı açıqlamada Tebasın iddialarının əsassız olduğu və və bu məsələnin hüquq müstəvisində həll olunması üçün lazım olan addımların atılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə