FİFA CAR - Seneqal matçının nəticəsini ləğv edib

FİFA CAR - Seneqal matçının nəticəsini ləğv edib

DÇ-2018-in Afrika zonası üzrə seçmə mərhələsinin CAR - Seneqal qarşılaşması yenidən oynanılacaq. SİA-nın xəbərinə görə, bu haqda FİFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Buna görüşün baş hakimi Cozef Lemptin matçın nəticəsinə təsir etməsi səbəb olub. FİFA-nın qərarı ilə o, ömürlük diskvalifikasiya edilib.

Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcəklər. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq.

Qeyd edək ki, nəticəsi ləğv olunan və 2016-cı il noyabrın 12-də keçirilən CAR - Seneqal oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu sözügedən matçda iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə