"Çelsi" ilə münasibətində soyuqluq yaranan Dieqo Koşta "Fənərbaxça"nın diqqət mərkəzinə düşüb. SİA-nın məlumatına görə, İstanbul klubu Koştanı heyətinə qatmaq üçün 1 illik icarə təklif edib. Bu təklifə rədd cavabı verilsə, klubun ulduz futbolçunu satın almaq üçün digər formullara əl atacağı istisna olunmur.
Qeyd edək ki, bir müddət əvvəl digər İstanbul nəhəngi "Beşiktaş" da Dieqo Koştanı heyətinə cəlb etmək istəyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB