Samir Məsimovun komandası məğlub olub

Samir Məsimovun komandası məğlub olub

Rusiya I Divizionunda 12-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" səfərdə "Avanqard"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Samir Məsimov bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 12 turdan sonra aktivində 8 xal olan "Fakel" 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə