Albaniya Superkubokunun qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, həlledici oyunda son çempion "Kukesi" ilə ölkə kubokunun son qalibi "Tirana" qarşılaşıb.
Qarşılaşma "Tirana"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisi 90-cı dəqiqədə vurduğu qolla qalib gəlib.
"Kukesi"nin yeni transferi - millimizin üzvü Rauf Əliyev bu matçda iştirak edib. Start heyətdə meydana çıxan hücumçu ikinci hissə başlayanda Miloş Krkotiçlə əvəzlənib. Bu, Raufun yeni klubunda ilk rəsmi oyunu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB