"Çelsi" Bakıya gəlmək istəyən azarkeşlərinə güzəşt edib

"Çelsi" Bakıya gəlmək istəyən azarkeşlərinə güzəşt edib

"Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirak etmək istəyən azarkeşlərinə güzəşt edib. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, Bakıya səyahət paketlərinin qiyməti ucuzlaşdırılıb. Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyi paket bir adam üçün 359 funt-sterlinqdən (760 manat) başlayır. Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə