Anxel di Mariya zədələnib

Argentina millisinin və PSJ-nin futbolçusu Anxel di Mariya zədələnib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, DÇ-2018-in seçmə mərhələsində Venesuelaya qarşı matçda sıradan çıxıb. Görüşün 25-ci dəqiqəsində əvəzlənən 29 yaşlı yarımmüdafiəçinin ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Argentina - Venesuela görüşü 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə