İngiltərə millisində psixoloq fəaliyyət göstərəcək

İngiltərə millisində psixoloq fəaliyyət göstərəcək

İngiltərə millisinin futbolçuları psixoloq nəzarəti altında olacaqlar. SİA-nın məlumatına görə, millinin baş məşqçisi Qaret Sautqeyt federasiyaya müraciət edərək, komandaya psixoloqun lazım olacağını bildirib.
O, DÇ-nin final mərhələsinə daha yaxşı hazırlaşmaq üçün psixoloqun xidmətindən yararlanmaq istəyir.

Qeyd edək ki, İngiltərə millisinə əvvəllər də psixoloqlar dəvət olunub. Bu dəfə isə baş məşqçi psixoloqun daim komanda ilə birgə olmasını istəyib.

Əlavə edək ki, 8 oyundan sonra 20 xal toplayan İngiltərə millisi F qrupunun lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə