“Lester” Adrien Silvanı iştirak ərizəsinə daxil edə bilməyəcək. SİA-nın məlumatına görə, buna FİFA icazə verməyib. Klub “Sportinq”dən heyətinə qatdığı futbolçunun sənədlərini transfer pəncərəsi bağlanana qədər FİFA-ya göndərə bilməyib. “Tülkülər” əlavə 2 saat vaxt istəsələr də, FİFA onların xahişini nəzərə almayıb. Ona görə də, Silva qışa qədər “Lester”in heyətində oynaya bilməyəcək.
Onun “Sportinq”ə qayıdacağı, yoxsa “Lester”də qalıb məşq edəcəyi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB