Pedro Enrike: “Qarabağ” üçün əlimdən gələni etməyə çalışacağam” AÇIQLAMA

Pedro Enrike: “Qarabağ” üçün əlimdən gələni etməyə çalışacağam” AÇIQLAMA

“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enrike artıq Bakıya gəlib. SİA-nın məlumatına görə, futbolçu Ağdam klubuna keçidi və gələcək hədəfləri haqda açıqlama verib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Bakı olduqca gözəl şəhərdir. Klubun bazası ilə tanış oldum. Burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım. O da mənə kifayət qədər məlumat verdi. “Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.

“Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə