"Kopenhagen" "Qarabağ"a məğlub olduğuna görə məşqçi qovuldu

"Kopenhagen" "Qarabağ"a məğlub olduğuna görə məşqçi qovuldu

Danimarkanın "Kopenhagen" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.

Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib.

Xatırladaq ki, "Kopenhagen" "pley-off" mərhələsində iki oyunun yekununda (0:1, 2:1) "Qarabağ"a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə