"Barselona" idman direktorunu dəyişdirməyi düşünür

"Barselona" idman direktorunu dəyişdirməyi düşünür

"Barselona" klubunun rəhbərliyi idman direktorunu dəyişdirmək barədə düşünür. SİA "Tuttosport"a istinadən xəbər verir ki, katalonlar öz transfer fəaliyyətini 45 yaşlı Fabio Paratiçiyə həvalə etmək niyyətindədirlər.

Paratiçi hazırda "Yuventus"da çalışır. O, Andrea Pirlo, Sami Xedira və Arturo Vidalı yüksək olmayan qiymətə və ya pulsuz Turin klubuna qazandırmasına görə tanınır.

İtalyan funksioner "qoca senyora"nın ardıcıl 6 il A Seriyasında hegemonluğuna da şahidlik edib. Qeyd olunur ki, Paratiçi "Barselona"ya Beppe Marotta ilə birlikdə gələ bilər. Bu duet hələ "Sampdoria"dan birlikdə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə