"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, səfərdə Makedoniyanın qonağı olan albanlar meydandan 1:1-lik bərabərliklə ayrılıblar.
Meydana start heyətində çıxan Aqolli 73-cü dəqiqədə əvəzlənib. Buna qədər hesabda öndə olan Albaniya yığması 78-ci dəqiqədə qapısında qol görməklə qələbəni əldən verib.
Qeyd edək ki, 8 turdan sonra 13 xalı olan Aqollinin komandası qrupda 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB