Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. Qol.az-ın məlumatına görə, Cənubi Koreya mundiala vəsiqəni rəsmiləşdirib. Komanda seçmə mərhələnin 10-cu turunda Özbəkistanla oyunda qolsuz heç-heçə edərək xalını 15-ə çatdıraraq A qrupunu 2-ci pillədə başa vurub.
Qeyd edək ki, Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB