Portuqaliyanın “Benfika” futbol klubu İspaniyanın “Barselona” komandasının oyunçusu Duqlas Pereyra Dos Santosu birillik icarəyə götürüb. SİA-nın məlumatına görə, 27 yaşlı müdafiəçi 2017-2018-ci il mövsümündə “Benfika”nın formasını geyinəcək.
Üç il əvvəl Braziliyanın “San Paulu” komandasından transfer olunan Duqlas katalonların heyətində sadəcə 8 matçda meydana çıxıb. Müdafiəçi ötən mövsümü icarə əsasında İspaniyanın digər klubu “Sportinq Xixon”un heyətində keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB