Berti Foqtsun və millinin futbolçularının mətbuat konfransı olacaq

Berti Foqtsun və millinin futbolçularının mətbuat konfransı olacaq

Bu gün Bakı şəhərində futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumatına görə, toplanış sentyabrın 30-da başa çatacaq. Sentyabrın 29-da isə "Aeroport" oteldə millinin baş məşqçisi Berti Foqtsun və futbolçuların iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfrans saat 15:30-da başlayacaq. Həmin gün saat 16:30-da isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda millinin mətbuat üçün açıq məşqi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə