“Zirə” Sadio Tounkaranı transfer edib

“Zirə” Sadio Tounkaranı transfer edib

Azərbaycan Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan “Zirə” daha bir futbolçu ilə heyətini gücləndirib. SİA-nın məlumatına görə, Sadio Tounkara bu gündən “qartallar”ın düşərgəsinə qoşulub. İyirmi beş yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Sadio Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadır. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə “Xəzər-Lənkəran” və AZAL klublarının şərəfini qoruyub. Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə