"Ayntraxt"dan Renat Dadaşova təbrik

"Ayntraxt"dan Renat Dadaşova təbrik

Almaniyanın "Ayntraxt" klubu millimizin üzvü Renat Dadaşovu təbrik edib. SİA-nın məlumatına görə, Bundesliqa klubunun rəsmi "Facebook səhifəsindən edilən paylaşımda gənc hücumçu milli komandamızın heyətində debüt etməsi münasibəti ilə təbrik edilib.

Qeyd edək ki, R.Dadaşov "Ayntraxt"ın U-19 komandasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə