2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını qəbul edib.
SİA xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edib. Matçın baş hakimi Nikola Dabanovic olub. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək ediblər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirib.
Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olub.
Millimiz rəqibdən aşkar şəkildə üstün oyun nümayiş etdirib. Görüşün 20-ci dəqiqəsində Əfran İsmayılov fərqlənib. Bundan 5 dəqiqə sonra Araz Abdullayev fərqi 2 qola çatdırıb. Matçın 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib-3:0.
71-ci dəqiqədə avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra rəqib futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1.
Qarşılaşmanın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib və yekun hesabı müəyyənləşdirib.
Beləliklə, millimiz San-Marino yığması üzərində 5:1 hesablı qələbə qazanıb.
|
N |
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
1 |
Almaniya |
7 |
7 |
0 |
0 |
29-2 |
21 |
|
2 |
Ş. İrlandiya |
7 |
5 |
1 |
1 |
14-2 |
16 |
|
3 |
Azərbaycan |
8 |
3 |
1 |
4 |
8-12 |
10 |
|
4 |
Çexiya |
7 |
2 |
3 |
2 |
10-7 |
9 |
|
5 |
Norveç |
7 |
2 |
1 |
4 |
8-10 |
7 |
|
6 |
San Marino |
8 |
0 |
0 |
8 |
2-38 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB