Ramil Quliyev Avropada ayın ən yaxşı idmançısı seçilib

Ramil Quliyev Avropada ayın ən yaxşı idmançısı seçilib

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropada avqust ayının ən yaxşı idmançısı seçilib. Türkiyə mətbuatı yazır ki, Avropa Atletika Birliyinin (EAA) rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Quliyev qalib olub.

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da qızıl medal qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə