Kamran Ağayev: "Neftçi” azarkeşlərini təhqir edəcək heç bir şey etməmişəm və etmərəm”

Kamran Ağayev: "Neftçi” azarkeşlərini təhqir edəcək heç bir şey etməmişəm və etmərəm”

Unibank Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Neftçi" oyunundan sonra cənub təmsilçisinin qolkiperi Kamran Ağayevin rəqib komandanın azarkeşlərinə qarşı təhqiredici hərəkətləri barədə xəbərlər yayımlanmışdı. SİA-nın məlumatına görə, futbolçu "Xəzər Lənkəran"ının rəsmi saytına bu barədə açıqlama verib. O, belə hərəkətlər etmədiyini vurğulayıb: "Mən azarkeşlərə hörmət edirəm və heç vaxt onları və o cümlədən "Neftçi" azarkeşlərini təhqir edəcək heç bir şey etməmişəm və etmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə